Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir. Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi? Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
Выбор основного перевода