Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”». Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar. Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm. Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm». Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək». Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin!
Выбор основного перевода