Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı. Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın». Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».
Выбор основного перевода