Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm. O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü. Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pilləkənlə çıxırdılar, bunların qarşısında eyvan var idi. Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi. O adam məni şərqə baxan darvazanın yanına gətirdi. O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı.
Выбор основного перевода