Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib». Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər. Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi. Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz. O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi. İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu. Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam.
Выбор основного перевода