Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi. Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir idi. Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac idi. Darvazanın astanasından eyvanın sonuna qədər məsafə əlli qulac idi. Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi. Hər tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi.
Выбор основного перевода