Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi. Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Выбор основного перевода