Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi. Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi. Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
Выбор основного перевода