Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır. Bütün çöl ağacları biləcək ki, Hündür ağacı Mən Rəbb alçaltdım, Alçaq ağacı yüksəltdim, Yaşıl ağacı qurutdum, Quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və Hökmən yerinə yetirəcəyəm”». Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm. Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir». Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam. Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
Выбор основного перевода