Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər bu xalqın hamısını bir nəfər kimi öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər: “Rəbb and içərək vəd etdiyi ölkəyə bu xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”. Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan. Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim. Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim. Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».
Выбор основного перевода