Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq. Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq. Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq. Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız. Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm.
Выбор основного перевода