Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır. Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz.
Выбор основного перевода