Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqub nəsli gələcəkdə kök salacaq, İsrail şaxələnəcək, çiçəklənəcək, Yer üzünü bəhrələri ilə dolduracaq. Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq. Onların arasından Şükür və şənlik səsləri eşidiləcək. Mən onları çoxaldacağam, azalmayacaqlar, İzzətləndirəcəyəm, alçalmayacaqlar. Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm. Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər.
Выбор основного перевода