Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam. Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim. Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”». Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir. Rəbb sənin adını “Dadlı meyvəsi olan Yaşıl zeytun ağacı” qoydu. İndi isə böyük fırtınanın gurultusu ilə Ağaca od vuracaq, Onun budaqları qırılacaq. Rəbb bəyan edir: “Mən sizi əməllərinizin Bəhrəsinə görə cəzalandıracağam. Meşələrinə elə od vuracağam ki, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”». «Dəməşqin divarlarına od salacağam, Ben-Hadadın saraylarını yandırıb məhv edəcək».
Выбор основного перевода