Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu! O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi. «Sən mənim toppuzum, döyüş silahımsan, Səninlə millətləri qırıram, Səninlə padşahlıqları məhv edirəm. Səninlə atları və süvariləri qırıram, Səninlə döyüş arabaları və minicilərini qırıram, Səninlə kişi və qadınları qırıram, Səninlə qoca və cavanları qırıram, Səninlə gənc oğlan və qızları qırıram. Səninlə çoban və sürüsünü qırıram, Səninlə əkinçi və öküzlərini qırıram, Səninlə valilərlə vəkilləri qırıram. Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Sionda etdikləri bütün pis əməllərinin əvəzini Gözlərinizin önündə verəcəyəm» Rəbb belə bəyan edir. Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı». Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək.
Выбор основного перевода