Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”. Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu. O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi. Babilin içindən qaçın! Hər kəs canını qurtarsın! Onun günahına görə məhv olmayın. Çünki Rəbbin qisas zamanıdır, Ona öz əvəzini verəcək. Oxları itiləyin, Kaman qablarını doldurun! Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox etməkdir, Rəbb Öz qisasını, məbədinin qisasını alacaq. Ordular Rəbbi öz varlığına and içdi: «Səni çəyirtkə sürüsü ilə dolduran kimi Mütləq əsgərlərlə dolduracağam, Sənə qarşı zəfər nərəsi çəkəcəklər». Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq. Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək». Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.
Выбор основного перевода