Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. Ordular Rəbbi bəyan edir: «Mən sizin əleyhinizəyəm, Döyüş arabalarınızı tüstüdə yandıracağam, Gənc aslanlarını qılınc yeyəcək, Yer üzündən şikarını kəsəcəyəm, Qasidlərinin səsi daha eşidilməyəcək». Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
Выбор основного перевода