Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam. Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”. O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi, Meşəyə kölgə salan gözəl budaqları var idi, Çox uca idi, başı buludlara çatırdı. Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.
Выбор основного перевода