Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı, Onun muzdlu əsgərləri də Bəslənmiş dana kimidir. Onlar üz çevirib birlikdə qaçdı, Yerlərində durmadı. Çünki fəlakətlərinin günü, Cəzalarının vaxtı gəlmişdi. Ey Xasorda yaşayanlar, Qaçın, uzaqlaşın, Dərin mağaralarda gizlənin» Rəbb belə bəyan edir. «Çünki Babil padşahı Navuxodonosor Sizin barənizdə bir fikrə gəldi, Sizə qarşı tədbir tökdü. «Budur, Mən sənə qarşıyam, ey məğrur» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Çünki sənin günün, Səni cəzalandıracağım vaxt gəldi.
Выбор основного перевода