Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi. Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq. Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik. Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq. Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Выбор основного перевода