Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz! Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir. Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq?
Выбор основного перевода