Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi. Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi. Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün siyrilib, Qırğın üçün itilənib ki, Şimşək kimi parlasın. «Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et. Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. Rəbb belə deyir: “Ammonluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar. Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq. «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər. Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq».
Выбор основного перевода