Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər. Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır, Meydanlarda ora-bura yüyürür, Məşəllər kimi parıldayır, Şimşək kimi cəld qaçır. Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi.
Выбор основного перевода