Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”». İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq. Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”. Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam. Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq. Xudavənd Rəbb belə deyir: “Babil padşahının qılıncı sənin üstünə gələcək.
Выбор основного перевода