Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Mən sənə ananın bətnində Surət verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib Millətlərə peyğəmbər etdim». Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq». Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı, Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar, Edom, Moav, Ammon övladları, bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları, Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı, bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları, bütün Zimri, Elam və Midiya padşahları, sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək. «Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”. Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz! Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir. Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq. Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir. Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, Dünyanın uzaq yerlərindən Böyük qasırğa qopur”. O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız. Çobanlar qaça bilməyəcək, Sürü başçıları qurtula bilməyəcək. Çobanların fəryadını, Sürü başçılarının bağırtısını eşit, Çünki Rəbb onların otlaqlarını viran edir. Rəbbin qızğın qəzəbindən Dinc pəyələr də məhv oldu. Rəbb cavan aslan kimi Yuvasını tərk etdi. Rəbbin qəzəbi üzündən – Zor işlədənin qızğın qəzəbi üzündən Ölkələri viran oldu».
Выбор основного перевода