Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar; büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq. Babildə əkinçiləri məhv edin, Biçin vaxtı oraqçıları rədd edin. Zalımların qılıncı üzündən Hər kəs öz xalqının yanına qayıtsın, Hamı öz ölkəsinə qaçsın. Babilə şəfa vermək istədik, Amma sağalmadı. Onu tərk edək, Hər birimiz öz ölkəmizə qayıdaq. Çünki Babilin hökmü göylərə çatır, Buludlara qədər yüksəlir.
Выбор основного перевода