Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Oxları itiləyin, Kaman qablarını doldurun! Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox etməkdir, Rəbb Öz qisasını, məbədinin qisasını alacaq. Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi. Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək. Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı, İstehkamını qoru, yolunu qoru, Belini möhkəm qurşa, Bütün gücünü topla! Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!
Выбор основного перевода