Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq. Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”. Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü. O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək.
Выбор основного перевода