Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun! Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir. O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”. Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam. “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu qorxudan olmayacaq. Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”». Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi.
Выбор основного перевода