Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə. Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?» Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edəcək, Mənim qabağımda duracaq Bir çoban varmı?» Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir». İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.
Выбор основного перевода