Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq! Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan. Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər. O zaman bakirə qız, cavan və qoca kişilər Birlikdə rəqs edib sevinəcək, Mən onların yasını şadlığa çevirəcəyəm, Sevincə çevirəcəyəm. Kədərlərinə təsəlli verib Onları sevindirəcəyəm. Kahinləri bol yeməklə doyduracağam, Xalqım nemətlərimlə doyacaq» Rəbb belə bəyan edir. Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək: ‹Ordular Rəbbinə şükür edin, Çünki O, xeyirxahdır, Məhəbbəti əbədidir›. Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir. Ölkənizdə adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad ediləcək.
Выбор основного перевода