Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!” Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir. Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq». Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam,
Выбор основного перевода