Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar. Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin? Baxın uzaq ölkədən Əziz xalqımın fəryadını eşidirəm: «Məgər Rəbb Sionda yoxdur? Onun padşahı orada deyilmi? Onlar nə üçün oyma bütləri, Yad olan puç şeyləri ilə Məni qəzəbləndirirlər? Amma xalqım Məni unutdu, Saxta allahlara buxur yandırdı. Bu allahlar onların gedəcəyi yollarda, Qədim yollarda büdrəmələrinə səbəb oldu, Onları hamar olmayan Dolanbac yollarda gəzdirdilər. Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver! Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum.
Выбор основного перевода