Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi. Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı. Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi. Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən? “Axı necə deyə bilərsən ki, murdar olmadım, Baal bütlərinin ardınca getmədim? Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi, Nə vaxta qədər sərgərdan gəzəcəksən, Ey dönük qız? Rəbb dünyada yeni bir şey yaradacaq: Qadın kişini qoruyacaq». Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.
Выбор основного перевода