Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat. Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir, Günahları haqda Sodomdakı kimi açıq danışırlar, Bunu gizlətmirlər. Vay onların halına! Axı bu bəlanı başlarına özləri gətirdi. Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən. Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular. Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik. İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır. Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
Выбор основного перевода