Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz. Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi. Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən. Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü. “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu. Livanın qarı qayalı dağ yamaclarından Heç əskik olarmı? Uzaqdan axan soyuq sular quruyarmı? Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək. İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək.
Выбор основного перевода