Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm. Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq». Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur! Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz? Yatağınızı yüksək, uca dağda salmısınız, Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız. Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin: ‹Xeyr, olmaz! Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›. «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin. Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. Onlar kölgəli ağacların yanında, Yüksək təpələrdə, çöldəki dağlarda Qurbangahlarına və Aşera bütlərinə Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir. Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
Выбор основного перевода