Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür. «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır. Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər. Ölkədə yağış olmadığı üçün Torpaq cadar-cadar oldu. Əkinçilər utanır, Başlarını örtür. Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur. Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur».
Выбор основного перевода