Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail övladları səhrada olarkən Şənbə günündə odun yığan bir adama rast gəldilər. Odun toplayan adamla rastlaşanlar onu Musanın, Harunun və bütün icmanın qarşısına gətirdilər. O adamı həbs etdilər, çünki onunla nə edəcəkləri hələ qərara alınmamışdı. Rəbb Musaya dedi: «Bu adam öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün». İcma o adamı düşərgədən kənara çıxarıb Rəbbin Musaya əmr etdiyi kimi daşqalaq edərək öldürdü. Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin. Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki, Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın. O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim. Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı. Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz? Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız». Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin. Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi. Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər. O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi.
Выбор основного перевода