Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər. Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi». Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu. «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”».
Выбор основного перевода