Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq. Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək. Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim. Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz. Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir». Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün.
Выбор основного перевода