Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım. İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular». Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq.
Выбор основного перевода