Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Budur, hamısı puçdur, Etdikləri işlər də heç bir şeydir, İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir. Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər. Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər. Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.
Выбор основного перевода