Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur». Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin. Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər. Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır. Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”. İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı».
Выбор основного перевода