Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütəmi? Onu usta tökür, Zərgər qızılla örtür, Gümüş zəncirlərlə bəzəyir. Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin. Usta zərgəri ürəkləndirir, Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır, «Lehim yaxşı oldu» deyir. Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər. Kim istəyər fayda verməyən allah düzəltsin, Tökmə büt yaratsın? Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, Dəhşətə düşüb birlikdə xəcalət çəksin. Dəmirçi alətini götürüb, Kömürün odunda işləyir, Çəkiclə dəmirə ölçü verir, Güclü əli ilə üstündə çalışır. Onda ac qalır, taqətdən düşür, Susuz qalıb üzülür. Dülgər iplə ölçür, Ağacı tabaşirlə nişanlayır, Rəndələyir, istənilən şəklə salır, Pərgarla dairə çəkir, İnsan surəti verir, İnsan gözəlliyinə bənzər düzəldərək Evinə qoymaq üçün bir büt yaradır. İnsan özü üçün sidr ağacları kəsir, Şam ağacını, palıd ağacını seçir. Meşədə özü üçün bir ağac götürür, Küknar ağacı əkir və yağış onu böyüdür. Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, Həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir allah düzəldir, Düzəltdiyi bütün qarşısında səcdə edir, Yerə sərilir. Odunun bir hissəsini yandırır, Alovunda ət qızardır, Qarnını doyuraraq, isinib deyir: «Ah, isindim, odun istisini hiss etdim!» Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!» Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar. Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi? Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?» Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir.
Выбор основного перевода