Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən. Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər. Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur. Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı. O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır. Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. Onlar boş şey, masqaraçıların işidir, Cəza vaxtı məhv olacaqlar. Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki irs qəbiləsi ilə birgə Hər şeyi yaradan Odur. Onun adı Ordular Rəbbidir.
Выбор основного перевода