Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın, Qoy sizin allah olduğunuzu bilək! Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək. «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu. Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır. Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki? Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur. Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz.
Выбор основного перевода