Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı. İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular. Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam. Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar. Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi. Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər. içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü. Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı. O zaman mən dedim: “Hikmət qüdrətdən yaxşıdır, Lakin yoxsul adamın hikmətinə xor baxırlar, Onun sözləri eşidilmir”.
Выбор основного перевода