Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir. Onun şərəfli ad-sanına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin! Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi. Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən. Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir. Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq? Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq. Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.
Выбор основного перевода