Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin. Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir». Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam». Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var: Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur. Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir. Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil. Bərk qaçan qaça bilməyəcək, Qüvvətli isə gücünü göstərə bilməyəcək. İgid canını qurtara bilməyəcək, Yay çəkən də mövqe tuta bilməyəcək. Ayaqdan çevik olan qurtula bilməyəcək, Süvari də canını qurtara bilməyəcək. Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
Выбор основного перевода